Gürcüstanda itkin düşmüş 4 Rusiyalı alpinistin axtarışı aparılır

Gürcüstanda itkin düşmüş 4 Rusiyalı alpinistin axtarışı aparılır
# 06 avqust 2012 18:39 (UTC +04:00)
Bakı-APA. Gürcüstan xilasediciləri beş gün əvvəl Rusiya ilə sərhəddəcə yerləşən dağlarda itkin düşmüş 4 Rusiyalı alpinistin axtarışı aparırlar.
APA-nın Interfax agentliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstanın “Rustavi -2” telekalanı bildirib ki, alpinistlər Tetnuld dağının 3700 metr zirvəsində olarkən daş uçqununa düşüblər. Hadisə ilə bağlı alpinistlər mobil telefonla Rusiyadakı dostlarına xəbər veriblər və onlarda öz növbəsində Gürcüstan polisi ilə əlaqə saxlayıblar. Telekanal bildirib ki, əlverişsiz hava şərtlərindən xilasedicilər alpinistlər olan rayonuna yaxınlaşa bilmirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR