Azərbaycan prezidenti Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib
# 13 aprel 2012 11:49 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriyanı qəbul edib.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın ÜGT-nin çox fəal üzvü olduğunu vurğulayan prezident İlham Əliyev ÜGT Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib.

Dövlət başçısı ÜGT Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Bakı konfransının Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini vurğulayan ÜGT-nin baş katibi Kunio Mikuriya ölkəmizə səfərindən məmnunluğunu deyib. O, prezident İlham Əliyevin dəstəyi ilə ötən il Bakıda “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda uğurla keçən beynəlxalq konfransın ÜGT üçün çox faydalı olduğunu və həmin tədbirin nəticələri əsasında Brüsseldə mötəbər bir konfransın təşkil olunduğunu qeyd edib.

Görüşdə ölkəmizin ÜGT ilə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR