Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərlə bağlı komissiya yaradılacaq

Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərlə bağlı komissiya yaradılacaq
# 27 mart 2012 14:21 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.

Onun sözlərinə görə, sənədlərin tərcüməsi ilə bağlı komissiyanın Əlyazmalar İnstitutunda yaradılması nəzərdə tutulur: “İnstitutun Elmi Şurasında Vatikandan gətirilən sənədlərlə bağlı komissiyanın təşkili ilə əlaqədar təklif irəi sürülüb. Əlyazmalar həddən artıq çoxdur, onların tərcüməsi bir adamın işi deyil. Ona görə də təklif olundu ki, komissiya təşkil edilsin və sənədlər tərcümə olunmaq üçün müxtəlif insanlara verilsin”.

F. Ələkbərli deyib ki, komissiyanın yaradılmasında məqsəd təkcə sənədlərin tərcümə olunması deyil, həm də Azərbaycan tarixi üçün çox qiymətli olan həmin sənədlərin ətraflı tədqiqidir.

Alim qeyd edib ki, hazırda latın dilində olan sənədlər tərcümə olunur. Qalan dillərdə olan sənədlər isə hələlik tərcüməyə cəlb edilməyib: “Biz bu sənədləri öz gücümüzlə tərcümə eləyirik. Amma daha geniş, irimiqyaslı tərcümə geniş komissiyanın iştirakını tələb edəcək. Çünki müxtəlif dillərdə olan sənədlərin tərcüməsi asan deyil. Komissiya Əlyazmalar İnstitutunun nəzdində yaradılacaq. Yəqin ki, bu Komissiyaya AMEA-nın digər institutlarının, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri də daxil edilməlidir. Hazırda Roma papası Pavel və İnnokentinin Şah Təhmasibə məktubları tərcümə edilir. Tərcümə prosesi bitmədiyindən məktubların məzmunu təhlil edilməyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR