“Biz birlikdə bacararıq” adlı fotomüsabiqəyə müraciət edənlərin sayı artıb
02 aprel 2012 11:18 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman Nazirliyinin “Biz birlikdə bacararıq” devizi altında start verdiyi foto-müsabiqəyə qısa müddət ərzində 200-dən artıq şəkil təqdim olunub. Bu barədə APA-ya nazirliyi mətbuat xidmətindən bildirilib. Münsiflər heyəti tərəfindən seçiləcək şəkillərin müəllifləri mükafatlandırılmaqla bərabər, eyni zamanda onların adları da qeyd olunmaqla, təqdim etdikləri fotolar bütün dünyada böyük maraqla baxılan www.baku2020.com saytında nümayiş olunacaq. Müsabiqə 2020 Yay Olimpiya oyunlarının Bakı şəhərində keçirilməsinə dəstək olaraq reallaşır. Ən maraqlı məqam isə müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın bütün regionlarından marağın göstərilməsidir. Müsabiqədə I yerə layıq görüləcək iştirakçı 400 manat, II yerə layıq görüləcək iştirakçı 300 manat, III yerə layıq görüləcək iştirakçılar isə 2 nəfər olmaq şərti ilə ayrı-ayrılıqda 200 manat pul mükafatı və diplomlarla təltif olunacaqlar. Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.
Fotoşəkillər Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurlarını əks etdirməlidir.
Qeyd edək ki, müsabiqə 16-29 yaşlı gənclər arasında keçirilir.
Fotoşəkillər Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurlarını əks etdirməlidir.
Qeyd edək ki, müsabiqə 16-29 yaşlı gənclər arasında keçirilir.
Sosial
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
15:38
17 may 2024
2023-cü ildə Azərbaycanda 73 mindən çox abort qeydə alınıb
14:55
17 may 2024
FHN-in Şimal-qərb Regional Mərkəzi zona birinciliyi keçirib - VİDEO
14:48
17 may 2024
Ötən il Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb
14:37
17 may 2024