Cənub nəqliyyat dəhlizinin üzərində yerləşən Ələt Azad İqtisadi Zonası çox unikal layihədir. 2026-cı ilin I rübündə yük hava limanı istifadəyə veriləcək. Hal-hazırda tikinti işləri aparılır. Onların gücü ildə 500 min tondur və onu 1.5 milyon tona çatdırmağı planlaşdırırıq.
"APA-Economics" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu" adlı konfransda deyib.
O, bildirib ki, investisiya təklifləri verildikdə öncə layihələrin ekoloji dayanıqlığına diqqət yetirilir.
O qeyd edib ki, bərpa olunan enerji üzrə avadanlıqların, o cümlədən günəş panelləri və külək turbinlərinin AFEZ ərazisində istehsalının təşkili böyük üstünlüklər yaratmaq imkanına malikdir.