TQDK sədri: “600-dən çox bal toplayanların böyük əksəriyyəti Bakı Ali Neft Məktəbini seçib”

TQDK sədri: “600-dən çox bal toplayanların böyük əksəriyyəti Bakı Ali Neft Məktəbini seçib”
# 07 sentyabr 2012 15:08 (UTC +04:00)
Bakı-APA. “I qrupda 600-dən çox bal toplayanların böyük əksəriyyəti Bakı Ali Neft Məktəbini seçib”.

APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, adıçəkilən ali məktəbə 100 nəfərlik plan yeri ayrılıb: “Lakin 600-dən çox bal toplayan abituriyentlərin istəyi nəzərə alınaraq əlavə 20 nəfər də adıçəkilən məktəbə yerləşdirilib”.

Qeyd edək ki, bu ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında I qrup üzrə keçid balı 150-yə endirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR