Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib

Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib
# 05 oktyabr 2012 09:56 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib, yaralılar xəstəxanaya aparılıb.

Aksiyanın qarşı alınıb, aksiya iştirakçıların bir neçəsi saxlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən isə APA-ya bildirilib ki, bir qrup şəxs Təhsil Nazirliyinin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərib, lakin bu cəhdin qarşısı alınıb. “İctimai qaydanı kobud şəkildə pozduğu üçün bir neçə nəfər saxlanıb”, - deyə bölmədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR