Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan istehlak malları 9,2% artıb

Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan istehlak malları 9,2% artıb
# 10 sentyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11 mlrd. manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,2% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 1,4 mlrd. manatı hüquqi şəxslərin, 5,1 mlrd. manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 4,5 mlrd. manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Hesabat dövründə elektron ticarətin həcmi 905,1 min manat təşkil edib.

«Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 6,2 mlrd. manatı ərzaq məhsullarının, 4,8 mlrd. manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR