Amerikalı din xadimi yenidən “Quran”ı yandırıb

Amerikalı din xadimi yenidən “Quran”ı yandırıb
# 30 aprel 2012 09:13 (UTC +04:00)
Bakı - APA. ABŞ-ın Florida ştatından olan din xadimi Terri Cons yenidən “Quran” kitabının bir nüsxəsini yandırıb. APA-nın xəbərinə görə, pastor Heynsvill şəhərindəki kilsəsinin qarşısında 20 nəfərin iştirakı ilə “Quran”ı nümayişkaranə surətdə yandırıb. O, İranda edama məhkum olunmuş din xadimi Yusif Nadarxaninin azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, eyni şəxs martın 20-də də “Quran”ı yandırıb. Bu əməldən sonra Əfqanıstanın Məzari-Şərif şəhərində qəzəbli kütlə BMT ofisinə hücum edərək beynəlxalq təşkilatın 10 əməkdaşını öldürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR