Vladimir Putin vətəndaşlarla ənənəvi canlı yayımdan imtina edib

Vladimir Putin vətəndaşlarla ənənəvi canlı yayımdan imtina edib
# 31 oktyabr 2012 09:02 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin mütəmadi olaraq hər il keçirdiyi əhali ilə canlı yayımdan bu il imtina edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, bu il Rusiya prezidenti əhali ilə canlı yayıma çıxmayacaq: “Vladmir Putinin əhali ilə görüşünün formatı bu il dəyişdirilib. Noyabrın sonlarında Vladimir Putin jurnalistlər üçün böyük mətbuat konfransı keçirə bilər”.

Qeyd edək ki, Rusiya prezidenti əhali ilə ilk dəfə canlı efirə 24 dekabr 2001-ci il tarixdə çıxıb. 2008-ci ildən isə baş nazir vəzifəsində canlı yayımda əhalinin suallarını cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR