Almaniya və Fransa fond indeksləri

Almaniya və Fransa fond indeksləri
# 29 may 2012 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avropa fond bazarlarında mayın 28-də FTSE 100 indeksi 0,1% - 5 356 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 6 323 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 043 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, mayın 28-də Anım Günü münasibəti ilə Amerika fond bazarında əməliyyat aparılmayıb. Əvvəlki ticarət günündə, mayın 25-də isə Dow Jones indeksi 0,6% - 12 455 bəndədək, S&P 500 0,2% - 1 318 bəndədək, Nasdaq isə 0,1% - 2 838 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 577,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2533 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR