«DəmirBank»ın kredit portfeli son bir ildə 8% artıb

«DəmirBank»ın kredit portfeli son bir ildə 8% artıb
# 20 fevral 2012 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin kredit portfelinin həcmi 2012-ci ilin fevralın 1-nə 265,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,3 mln. manat və ya 7,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın aktivləri 365,8 mln. manata, müştəri depozitlərinin həcmi 143,7 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 18,1% artaraq 107,4 mln. manata çatıb.

Bankın məcmu kapitalı 50,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat təşkil edib.

Qeyd edək ki, «DəmirBank» 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR