Özünü körpüdən çaya atan Lənkəran sakini xilas edilib

Özünü körpüdən çaya atan Lənkəran sakini xilas edilib
# 14 may 2012 13:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Lənkəran sakini özünü körpüdən atıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 12.00 radələrində qeydə alınıb. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən Lənkəran rayonunda bir nəfər özünü körpüdən çaya atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR