“Honda” Çində yeni zavodlar tikəcək

“Honda” Çində yeni zavodlar tikəcək
# 23 aprel 2012 15:33 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın “Honda Motor Co.” şirkəti Çində yeni zavodların tikintisinə 46 mlrd. yen (560 mln. dollar) ayıracaq.

APA-Economics”in xəbərinə görə, yeni zavodlar mühərrik istehsalı və avtomobillərin yığımı ilə məşğul olacaq.

Bu zavodlarda əvvəlcə 120 min, daha sonra isə 240 min ədəd avtomobil buraxılması planlaşdırılır. “Honda” zavodların tikintisinə 2012-ci ilin sonunda, bu zavodlarda istehsala isə 2014-cü ildə başlamaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR