Azərbaycan prezidenti Rusiya Dövlət Dumasının sədrini qəbul edib-FOTO

Azərbaycan prezidenti Rusiya Dövlət Dumasının sədrini qəbul edib-<font color=red>FOTO</font>
# 08 iyul 2012 14:36 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı rus xalqına başsağlığı verib.

Dövlət başçısı Sergey Narışkini Rusiya Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu yeni postda ilk xarici səfərinin Azərbaycana etməsini yüksək qiymətləndirib.

Azərbaycanla Rusiya arasında çox səmərəli, dinamik əlaqələrin varlığını vurğulayan dövlət başçısı bu işdə xalqların, cəmiyyətlərin çox böyük xidmətləri olduğunu deyib.

S. Narışkin Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin çoxşaxəli olduğunu, parlamentlərarası əməkdaşlığın da böyük potensialı olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanla Rusiya arasında dövlətlərarası əlaqələrin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. Dövlət başçısı Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu da iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

Azərbaycan prezidenti ordenləri S. Narışkin və M. Şvıdkoya təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR