Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyə Elm, Sənaye və Texnologiyalar Nazirliyi birgə işçi qrupu yaradacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyə Elm, Sənaye və Texnologiyalar Nazirliyi birgə işçi qrupu yaradacaq
# 27 aprel 2012 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Elm, Sənaye və Texnologiyalar Nazirliyi arasında birgə işçi qrupunun yaradılması haqqında razılıq əldə olunub. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin elm, sənaye və texnologiyalar naziri Nihat Ergün bildirib.

Onun sözlərinə görə, səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüşlər keçirib.

«Əsas məqsədimiz iki ölkə arasında elm, sənaye və texnologiyalar sahələrində Azərbaycanla əməkdaşlığı gücləndirməkdir, yeni birgə layihələr həyata keçirməkdir», - deyə N.Ergün bildirib.

Türkiyəli nazir onu da qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüş zamanı tərəflər arasında işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. Bu qrup informasiya texnologiyaları, nano-texnologiyalar və universitet-sənaye iş birliyinin qurulması sahələrində əməkdaşlığa dair protokolun layihəsini hazırlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR