Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri yanvarda 2% bahalaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri yanvarda 2% bahalaşıb
# 16 fevral 2012 06:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 102,7% təşkil edib: «Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,7% bahalaşıb».

Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,8% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqların istehsalı üzrə 0,4%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3%, geyim istehsalı üzrə 0,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1% bahalaşıb, kimya sənayesi üzrə 4,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,1%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə isə 0,1% ucuzlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR