«Şahdəniz» yatağında I rübdə 2 mlrd. kubmetr qaz hasil edilib

«Şahdəniz» yatağında I rübdə 2 mlrd. kubmetr qaz hasil edilib
# 21 may 2012 13:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində «Şahdəniz» üzrə fəaliyyətlərə 81,5 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 220,6 mln. dollar əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 211,5 mln. dollar və 1 340 mln. dollar olacağı gözlənilir. Bu barədə «APA-Economics»ə «Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rüb ərzində yataqda dörd quyudan hasilat davam etdirilərək Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırıb. «Şahdəniz Mərhələ 1» qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. Birinci rüb ərzində yataqda 2 mlrd. kubmetr qaz və 0,5 mln. ton kondensat və ya gündəlik 22 mln. kubmetr qaz və təqribən 45,4 min barel kondensat hasil edilib.

Qeyd edək ki, 2006-cı ilin sonunda «Şahdəniz»də hasilat başlanandan 2012-ci il I rübün sonunadək yataqdan bazarlara 32,389 mlrd. kubmetr qaz və 8,6 mln. ton kondensat ixrac edilib.

Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. «Hazırda Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 mlrd. kubmetr qaz və gündə təxminən 50 min barel kondensat olacağı gözlənilir», - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR