Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
# 18 aprel 2012 07:03 (UTC +04:00)
Bakı-APA. Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 17-də saat 18.45-dən 18.50-dək və 22.25-dən 22.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərini, saat 13.05-dən 13.25-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 18-də saat 01.00-dan 01.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən,
- saat 05.50-dən 06.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR