Bakı şəhər İcra Hakimiyyətinin rüşvət almaqda təqsirləndirilən əməkdaşı azadlıqdan məhrum edilib

Bakı şəhər İcra Hakimiyyətinin rüşvət almaqda təqsirləndirilən əməkdaşı azadlıqdan məhrum edilib
# 23 avqust 2012 14:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət departamentinin rüşvət almaqda təqsirləndirilən sabiq məsləhətçisi İsmayılov Hüseyn İsmayıl oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, H. İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, H. İsmayılov alkoqollu içkilərin və tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə tərtib olunmuş protokola əsasən inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması və müvafiq lisenziyanın ləğv edilməməsi üçün vətəndaşdan rüşvət tələb etməkdə təqsirləndirilir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseyn İsmayılov vətəndaşdan 300 manatı rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. H. İsmayılovun üzərinə baxış keçirilərkən müxtəlif ticarət obyektlərinin adı göstərilən və qarşısında müəyyən məbləğlərdə pul vəsaitləri yazılmış qeydiyyat vərəqələri aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR