Baş nahiyəsindən qapalı küt travma alan Liman şəhər sakini xəstəxanada keçinib

Baş nahiyəsindən qapalı küt travma alan Liman şəhər sakini xəstəxanada keçinib
# 03 may 2012 07:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Ötən gecə Lənkəran rayon Liman şəhər sakini, 1948-ci il təvəllüdlü Laləzar Şükür qızı Hüseynova baş nahiyəsinin qapalı küt travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına gətirilib. APA-nın cənub bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadının baş nahiyəsindən qapalı küt travmanı hansı şəraitdə aldığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR