Dövlət Əmək Müfəttişliyinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşının məhkəməsi başlayıb

Dövlət Əmək Müfəttişliyinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşının məhkəməsi başlayıb
# 18 may 2012 14:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Teyyub Dəmirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Prosesdə ifadə verən T. Dəmirov isə özünü qismən təqsirli bildiyini deyib.

Proses iyunun 1-də davam etdiriləcək.

Qeyd edək ki, T. Dəmirov korrupsiya faktına görə, həbs olunub. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR