Azərbaycan nümayəndə heyəti Belarus Respublikası Prokurorluğunun 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Belarus Respublikası Prokurorluğunun 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edib
# 29 iyun 2012 14:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan nümayəndə heyəti Belarus Respublikası Prokurorluğunun 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 25-27-də Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində Belarus Respublikası Prokurorluğunun yaranmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova Baş Prokurorluqlarının, MDB İcraiyyə Komitəsinin, habelə bir sıra digər dövlət qurumlarının nümayəndə heyətləri iştirak ediblər.

Yubileylə əlaqədar Belarusun Baş prokuroru Aleksandr Konyukun sədrliyi ilə geniş tərkibli iclas keçirilib, habelə rəsmi ziyafət və digər bayram tədbirləri təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR