Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib
# 03 noyabr 2012 10:40 (UTC +04:00)
Bakı-APA. Dünən Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisində ağır yol qəzası baş verib. APA-nın DİN mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, rayon sakini İftixar Həsənzadənin idarə etdiyi "Niva" və Beyləqan şəhər sakini Süleyman Əhmədovun idarə etdiyi "VAZ-21074" makralı avtomaşınlar toqquşub. Nəticədə S. Əhmədov hadisə yerində ölüb, sərnişin Minə Quliyeva və İ. Həsənzadə xəsarət alıblar. Hər iki yaralıya xəstəxanada tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR