Tailandda ilkin tələbat malları və ərzaq məhsulları yaxın 4 ay ərzində bahalaşmayacaq

Tailandda ilkin tələbat malları və ərzaq məhsulları yaxın 4 ay ərzində bahalaşmayacaq
# 16 may 2012 12:31 (UTC +04:00)
Bakı - APA-Economics. Tailandın ticarət naziri Bunsonq Teriyapirom bəyan edib ki, ilkin tələbat malları və ərzaq məhsulları istehsal edən 600 şirkətlə yaxın 4 ay üçün qiymətlərin dondurulması haqqında razılıq əldə olunub.

APA-Economics”in xəbərinə görə, son bir neçə həftə ərzində Tailandda ilkin tələbat malları və ərzaq məhsullarının kəskin bahalaşması hökuməti istehsalçılarla danışıqlara getməyə məcbur edib.

Bir həftə davam edən danışıqlardan sonra sözügedən razılaşma əldə olunub. Hökumət hələlik şirkətlərin 19 may-19 sentyabr aralığında uğrayacağı zərərə görə kompensasiya təklif etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR