BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu il Azərbaycana 6 milyon dollar yardım ayıracaq

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu il Azərbaycana 6 milyon dollar yardım ayıracaq
# 28 fevral 2012 13:16 (UTC +04:00)
APA-nın BMT QAK-ın saytına istinadən yaydığı məlumata görə, təşkilat 2012-2013-cü illərdə qaçqınlar üçün 4 296 141 dollar, vətəndaşlığı olmayan şəxslərin problemlərinin həlli üçün 384 516 dollar, məcburi köçkünlər üçün 1 234 275 dollar subsidiya ayıracaq. Ümumilikdə BMT QAK-ın bir il ərzində Azərbaycana ayırdığı büdcənin həcmi 5 921 150 dollardır ki, bu da təxminən ötən ilki büdcəyə bərabərdir (5 933 021 dollar). BMT QAK qeyd olunan dövrdə Ermənistana 4 250 602 dollar yardım ayırıb. Təşkilat ötən illə müqayisədə Ermənistana ayırdığı yardımın (3 451 602) miqdarını 799 000 dollar artırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR