BVF Azərbaycanda cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu yeniləyib

BVF Azərbaycanda cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu yeniləyib
# 09 oktyabr 2012 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu yeniləyib.

«APA-Economics»in məlumatına görə, BVF-nin dərc etdiyi «World Economic Outlook» hesabatında qeyd olunub ki, 2012-ci ildə ölkədə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 20,4%-nə, 2013-cü ildə 16,4%-nə, 2017-ci ildə isə 6%-nə bərabər olacağı gözlənilir. Halbuki, Fond bundan öncə Azərbaycanda cari əməliyyatlar hesabının profisitini ÜDM-in müvafiq olaraq 21,8%-i, 16,4%-i və 5%-i səviyyəsində olacağını proqnozlaşdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR