Azərbaycanda “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna mühüm dəyişiklik ediləcək

Azərbaycanda “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna mühüm dəyişiklik ediləcək
# 10 aprel 2012 15:30 (UTC +04:00)
MM-in Sosial siyasət Komitəsinin üzvü Musa Quliyevin APA-ya verdiyi məlumata görə, qanuna ərzaq məhsullarının, xüsusilə un və un məmulatlarının dəmirlə zənginləşdirilməsi ilə bağlı vacib maddə salınacaq.

M. Quliyev bildirib ki, UNİCEF-in də gündəmində duran bu məsələ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana, eləcə də inkişaf etməkdə olan dövlətlərin bir çoxuna tövsiyələrindən biridir: “Bütün dünyada, o cümlədən Azərbaycanda son zamanlar dəmir defsitli anemiyalar, yəni qan azlığı xəstəliklərinin sayı artır. Xüsusilə gənclər, gənc qızlar və qadınlar arasında bu cür xəstəliklərin sayının ildən-ilə artmasının şahidi oluruq. Bunun da başlıca səbəblərindən biri orqanizmdə dəmir çatışmazlığıdır. Dünya ölkələri qeyd olunan problemi insanların qəbul etdiyi ərzaq məhsullarına, xüsusilə də un və un məhsullarına dəmir elementləri əlavə etməklə həll edir. Biz bunu müzakirə edəcəyik. Sonra da mexanizmlər axtarılacaq ki, un və un məhsullarına dəmir elementləri hansı qaydada əlavə olunsun. Çünki un məmulatları bir neçə mənbədən daxil olur: həm xaricdən gəlir, həm müxtəlif şirkətlər tərəfindən hazırlanır, yaxud alınır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR