Tehranda beynəlxalq neft, qaz və neft-kimya sərgisi başlayıb

Tehranda beynəlxalq neft, qaz və neft-kimya sərgisi başlayıb
# 17 aprel 2012 15:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində beynəlxalq neft, qaz və neft-kimya sərgisi başlayıb.

APA-nın məlumatına görə, 17-ci dəfə təşkil edilən sərgiyə İspaniya, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya, Almaniya da daxil olmaqla dünyanın 44 ölkəsindən 1255 şirkət qatılıb.

İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhiminin də iştirak etdiyi sərgi yerli və xarici neft şirkətləri arasında əlaqələrin və əməkdaşlığın artırılması məqsədilə keçirilir. Sərgidə 940 yerli şirkət üçün 28 623 kv. metr, 315 xarici şirkət üçün isə 8 337 kv. metr sahə ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR