“Eurovision-2012”nin Mətbuat Mərkəzi mayın 13-də açılacaq

“Eurovision-2012”nin Mətbuat Mərkəzi mayın 13-də açılacaq
# 26 aprel 2012 08:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision-2012” mahnı müsabiqəsinin Mətbuat Mərkəzi mayın 13-də açılacaq. APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Baku Crystal Hall"ın yaxınlığında inşa olunan Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edir. Mərkəzdə yüksək sürətli WI FI sistemi quraşdırılıb. Burada 1500-dən artıq yerli və xarici jurnalistin eyni vaxtda işləməsinə imkan olacaq. Jurnalistlər xüsusi kabinələrdə müxtəlif müsahibələr ala biləcək. Mərkəzin bir küncündə yaradılan studiyada isə televiziya müsahibələrinin çəkilişlərini həyata keçirmək olacaq. Mətbuat Mərkəzində eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı fəaliyyət göstərəcək. Bundan başqa jurnalistlərin rahatlığı üçün kafeteriyanın olduğu istirahət zonası da yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR