Azərbaycanın neft sektorunda azalma davam edir

Azərbaycanın neft sektorunda azalma davam edir
# 11 oktyabr 2012 13:07 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Qeyri-neft sektorunda 7,7% artım, neft sektorunda 5,6% azalma müşahidə olunub.

İstehsalın 76,4%-i mədənçıxarma, 18,3%-i emal, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Bu ilin 9 ayı ərzində neft hasilatı 32,8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 12,8 mlrd. kubmetr təşkil edib. Eyni zamanda, qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materialları, metallurgiya, hazır metal məmulatları, elektrik avadanlıqları, mebel, elektrik enerjisi və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR