Elmar Məmmədyarov Alman-Azərbaycan Forumunun təşkil etdiyi qəbulda çıxış edib - FOTO

Elmar Məmmədyarov Alman-Azərbaycan Forumunun təşkil etdiyi qəbulda çıxış edib - <font color=red>FOTO</font>
# 19 oktyabr 2012 09:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya rəsmi səfəri çərçivəsində Alman-Azərbaycan Forumunun təşkil etdiyi qəbulda çıxış edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Məmmədyarov bu il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd olunduğunu bildirib və iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu məmnunluqla vurğulayıb.

Nazir Almaniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın Almaniya ilə ikitərəfli münasibətləri mədəniyyət və humanitar sahələr də daxil olmaqla bundan sonra daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR