Azərbaycan XİN-in mətbuat katibi CAR-da mühazirə oxuyub - FOTO

Azərbaycan XİN-in mətbuat katibi CAR-da mühazirə oxuyub - <font color=red>FOTO</font>
# 30 oktyabr 2012 15:23 (UTC +04:00)
Bakı – APA. Cənubi Afrika Respublikasında (CAR) ezamiyyətdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Keyptaun şəhərində yerləşən SAİİA Beynəlxalq araşdırma mərkəzində “Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu və multikulturalizm” mövzusunda təqdimatla çıxış edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Keyptaun şəhərinin akademik dairələri, Azərbaycanla biznes əlaqələrinin qurulmasında maraqlı olan iş adamları və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

E.Abdullayev Azərbaycanın müxtəlif humanitar, sivilizasiyalar və mədəniyyətlər arası dialoqa həsr edilmiş beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək, ölkəmizin vacib geostrateji əhəmiyyəti ilə yanaşı, bu sahədə artan rolunu da iştirakçıların diqqətinə çatdırıb. XİN nümayəndəsi tarixən çoxmədəniyyətli ölkə olan Azərbaycanın bu gün tolerantlıq nümunəsinə çevrildiyini və multikulturalizm ideyalarını dəstəkləyən bir ölkə olduğunu vurğulayıb.

E.Abdullayev CAR XİN-in nəzdində fəaliyyət göstərən Diplomatik Akademiyada “Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və regionda etimad tədbirlərin həyata keçirilməsi” mövzusunda müxtəlif Afrika ölkələrinin XİN-in nümayəndələri qarşısında mühazirə ilə çıxış edib.

Mühazirə zamanı E.Abdullayev Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, bu münaqişə nəticəsində doğma torpaqlarından qovulmuş 1 mln. azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də tarixi və əzəli torpaqlarına qayıda bilmədiklərini vurğulayıb. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində passiv rolunu, XXI əsrdə sərhədlərin güc vasitəsilə dəyişdirilməsinin və 1 mln. insanın hüquqlarının pozulmasının davam etməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR