“Yahoo!”nun rəhbəri təhsili haqqında yalan məlumat verdiyinə görə istefaya gedir

“Yahoo!”nun rəhbəri təhsili haqqında yalan məlumat verdiyinə görə istefaya gedir
# 14 may 2012 09:19 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, şirkət hələlik xəbəri rəsmən təsdiqləməsə də, bu ilin yanvarından korporasiyaya başçılıq edən S.Tompsonun korporativ elektron poçtu artıq aktiv deyil.

“Yahoo!”nun media bölməsinin başçısı Ross Levinson şirkətə müvəqqəti rəhbər təyin olunub.

Qeyd edək ki, “Yahoo!”nun səhmlərinin 5,8%-nə sahib olan “Third Point LLC”nin rəhbəri Deniel Leb öz bloqunda kiçik bir araşdırma apardığını, nəticədə S.Tompsonun kompyuter texnologiyaları üzrə deyil, mühasibat uçotu üzrə bakalavr təhsili aldığını üzə çıxardığını yazıb. D.Leb S.Tompsonu istefaya göndərməyəcəyi təqdirdə, şirkətin Direktorlar Şurasını məhkəməyə verəcəyi ilə hədələyib.

Bundan sonra “Yahoo!”nun mətbuat xidməti açıqlama verərək yayaraq, məsələ ilə bağlı araşdırmalara başlandığını və nəticəsi barədə səhmdarlara məlumat veriləcəyini bəyan edib. Bunun ardınca şirkətin saytından baş direktorun təhsili ilə bağlı bütün məlumatlar silinib. S.Tompson isə şirkətin əməkdaşlarına məktub yazaraq, onları yalnız müştəriləri və biznesin müvəffəqiyyətini düşünməyə çağırıb.

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir. “Yahoo!”nun hazırda 13,7 min əməkdaşı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR