Ali məktəblərə qəbul imtahanları ilə bağlı Apelyasiya Komissiyaları yaradılıb

Ali məktəblərə qəbul imtahanları ilə bağlı Apelyasiya Komissiyaları yaradılıb
# 21 iyul 2012 07:46 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, vətəndaşlar iyulun 20-də keçirilən I qrup imtahanları üzrə iyulun 23-də, iyulun 27-də keçiriləcək IV qrup imtahanları üzrə iyulun 30-da, avqustun 3-də keçiriləcək II qrup imtahanları üzrə avqustun 6-da müraciət edə bilərlər. Digər müraciətlərə avqustun 6-dan 8-dək baxılacaq. Apelyasiya Komissiyaları TQDK-da yalnız göstərilən tarixlərdə edilmiş müraciətlərə baxacaq. Abituriyentlərin ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi, imtahanın keçirilmə qaydalarının abituriyent tərəfindən pozulması ilə bağlı müraciətlərə baxılmır.

Komissiyanın məlumatında qeyd edilib ki, ali təhsil müəssiələrinə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial qrupuna güzəşt nəzərdə tutulmur. Apelyasiya Komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR