Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin iyul renkinqinə «ADB-Broker» liderlik edir

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin iyul renkinqinə «ADB-Broker» liderlik edir
# 01 avqust 2012 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «ADB-Broker» MMC başçılıq edir.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 69,864 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yeri müştərilərə ümumilikdə 17,952 mln. manatlıq broker xidmətləri göstərmiş «Chelsea Capital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 10,989 mln. manatla «BoB Broker» şirkəti qərarlaşıb.

DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Mövqe
(iyul, 2012)

Mövqe
(iyun, 2012)

Brokerlər

Əməliyyatlarının həcmi (AZN)

1

1

ADB-Broker

69 864 986,44

2

2

Chelsea Capital

17 952 536,66

3

3

BoB Broker

10 988 879,00

4

6

Respublika İnvest

4 003 000,00

5

4

Texnika Kapital Management

3 602 280,90

6

5

Brokdil-Az

2 498 659,97

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR