Xamneyinin hərbi məsələlər üzrə müşaviri: “Türkiyə İsrail və ABŞ-ın maraqları əsasında hərəkət edir”

Xamneyinin hərbi məsələlər üzrə müşaviri: “Türkiyə İsrail və ABŞ-ın maraqları əsasında hərəkət edir”
# 04 iyun 2012 08:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ABŞ, İsrail və Fars körfəzində yerləşən bəzi ərəb dövlətləri, xüsusilə də Səudiyyə Ərəbistanı və Qətər Bəşər Əsədi devirmək və ya təsliminə nail olmaq vəzifəsini Türkiyəyə həvalə ediblər”. APA-nın məlumatına görə, bu fikirləri İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi deyib.

O bildirib ki, Türkiyə İsrail və ABŞ-ın maraqları əsasında hərəkət edir: “Onlar İran, Suriya və “Hizbullah”dan ibarət olan müqavimət gücünü zəiflətməyə və sındırmağa çalışırlar. İran və Türkiyə arasında münasibətlər yaxşıdır. Ümid edirəm ki, İsrail və ABŞ bu əlaqələri korlamağa nail olmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR