Benilüks Azərbaycanlıları Konqresi İranın Azərbaycana qarşı apardığı siyasətə etiraz olaraq Hollandiya parlamentinin qarşısında aksiya keçirib

Benilüks Azərbaycanlıları Konqresi İranın Azərbaycana qarşı apardığı siyasətə etiraz olaraq Hollandiya parlamentinin qarşısında aksiya keçirib
# 21 may 2012 08:10 (UTC +04:00)
Bakı-APA. Benilüks Azərbaycanlıları Konqresi mayın 20-də Hollandiya parlamentinin qarşısında İranın Azərbaycana qarşı apardığı təbliğata etiraz əlaməti olaraq aksiya keçirib. Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin rəhbəri Nasir Mahmudovun APA-ya verdiyi məlumata görə, aksiya “İran, Azərbaycandan əlini çək!’’ devizi altında baş tutub. Aksiyada Konqresin bəyanatı səslənib.
Bəyanatda deyilir: “Son dövrlərdə İranın bəzi siyasi dairələri müstəqil Azərbaycanda gedən sürətli inkişafdan narahatdırlar və bunu Güney Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına stimul verə bilən bir amil kimi qiymətləndirirlər. Bu baxımdan İranda Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə əsassız ittihamlar və bəyanatlar səslənməkdədir. Hətta Azərbaycanda guya dövlət tərəfindən dini etiqad azadlığının boğulduğu görüntüsünü yaratmağa səy göstərirlər. Halbuki İran özu Ümumdünya İnsan hüquqları bəyannaməsi, İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT Bəyannaməsinin müddəalarına sayğısızlıq nümayiş etdirərək Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının hüquqlarını pozur, ana dilində təhsil almaq, milli kimliyini yaşatmaq, adət və ənənəsini təbliğ etmək hüquqlarını əllərindən alaraq məqsədyönlu şəkildə bu xalqı məhv etməyə çalışır. Biz Benilüks Azərbaycanlıları Konqresi olaraq İranın apardığı anti Azərbaycan təbliğatını birmənalı şəkildə pisləyir, bunu əslində müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndiririk”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR