AZAL Bakıdan Bodrum və Antalyaya birbaşa aviareyslərini dayandırır

AZAL Bakıdan Bodrum və Antalyaya birbaşa aviareyslərini dayandırır
# 04 sentyabr 2012 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gələn həftə «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan Türkiyənin Bodrum və Antlaya şəhərlərinə birbaşa sərnişin aviareyslərini dayandırır.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, yay mövsümünün bitməsi ilə əlaqədar Bakı-Bodrum-Bakı aviareysi sentyabrın 5-də, 7-də və 10-da bu il sonuncu dəfə yerinə yetiriləcək.

Bakı-Antalya-Bakı aviareysi isə sentyabrın 13-də, 15-də və 16-da həyata keçiriləcək və bununla da bu il sözügedən marşrutlar üzrə birbaşa uçuşlar dayandırılacaq: «Bu aviareyslər gələn il yay mövsümində yenidən bərpa olunacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR