Azərbaycanda bankların kapitalı 10% artıb

Azərbaycanda bankların kapitalı 10% artıb
# 04 oktyabr 2012 13:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2012-ci ilin sentyabrın 1-nə 2 237,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 201,4 mln. manat və ya 9,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bu ilin əvvəlindən bank kapitallaşması 351,2 mln. manat və ya 18,6% artıb. Avqust ayında isə kapital üzrə artım 106,9 mln. manat və ya 5,0% təşkil edib.

Göründüyü kimi, təkcə avqust ayında banklar kapitallaşmalarını bu il ərzində artımın orta aylıq həcmindən (43,9 mln. manat) 2,4 dəfə çox səviyyəsində artırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR