Azərbaycanlı alpinistlər Mərkəzi Asiyanın bir neçə zirvəsinə yürüş ediblər-FOTO

Azərbaycanlı alpinistlər Mərkəzi Asiyanın bir neçə zirvəsinə yürüş ediblər-<font color=red>FOTO</font>
# 26 avqust 2012 13:55 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Mərkəzi Asiyanın yüksək zirvələrinə yürüş etmiş azərbaycanlı alpinistlərlə görüşüb. Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, alpinistlər bu il iyulun 27-də yürüşə başlayıb, avqustun 24-də geri dönüblər.

Səfir alpinistləri təbrik edib, onlara daha böyük zirvələr fəth etməyi və Azərbaycanın üçrəngli bayrağını dünyanın ən hündür zirvələrində dalğalandırmağı arzulayıb.


Qeyd edək ki, Azərbaycan alpinistləri Qırğızıstandakı Abu Əli İbn Sina zirvəsinə (7134 m) yürüş keçiriblər.

Yürüş Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib və Heydər Əliyev Fondu, Rusiyanın Azərbaycan Gənclər Təşkilatı və Azərbaycan Alpinizm Federasiyasının birgə layihəsi olub. Alpinistlər bu yürüşü Mirzə Fətəli Axundovun 200 illik, maestro Niyazinin isə 100 illik yubileyinə ithaf ediblər.

Qırğızıstanda Abu Əli İbn Sina zirvəsinə (7134 m) uğurlu yürüş keçirmiş Rüfət Qocayev Düşənbədəki ekspedisiyanın üzvləri Sirxan Məmmədov (komandanın rəhbəri və kapitanı), Denis Leusov və Firuz Dadaşova qoşulub.

Ekspedisiya üzvlərindən biri Denis Leusov səhhəti ilə əlaqədar ekspedisiyanı axıra çatdıra bilməyib.

Ekspedisiya Korjenevski (7105 m) zirvəsini və Orta Asiyanın ən yüksək zirvəsi olan İsmayıl Somoni (7495 m) zirvəsini fəth edib.

Bundan əvvəl, 2010-cu ilin avqust ayında alpinistlər qrup şəklində Tyan-Şan dağlarının Xan Tenqri (Qırğızıstan, 7010 m), Ümummilli Liderimiz H.Əliyevin xatirəsinə həsr olunmuş dünyanın yüksəkliyinə görə üçüncü zirvəsi sayılan Kançencanqua (Nepal, 8586 m) zirvələrini və 2011-ci il avqust ayında Ü.Hacıbəylinin xatirəsinə həsr olunan Abu Əli İbn Sina (7134 m) zirvəsinin şimal divarını fəth etmişdilər.

Gələcək planlarda Alp, Himalay dağlarının ən yüksək və çətin zirvələrinə, eləcə də Tyan-Şan dağlarının ən hündür, maraqlı və əlçatmaz zirvəsi olan “Qələbə” zirvəsinə (Qırğızıstan, 7439 m) ekspedisiya nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR