Ramiz Rzayev: “Avropa Məhkəməsində Azərbaycanla bağlı çıxarılan qərarların sayı azalıb”

Ramiz Rzayev: “Avropa Məhkəməsində Azərbaycanla bağlı çıxarılan  qərarların sayı azalıb”
# 17 fevral 2012 09:09 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Ötən il Azərbaycan məhkəmələrində təxminən 160 min 80 işə baxılıb. Bunlardan cəmi 5789-u barəsində Ali Məhkəməyə kasasiya şikayəti verilib”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
R. Rzayev yerlərdə ədalət mühakiməsinin vəziyyətinin yaxşılaşdığını bildirib: “Cinayət işləri ilə bağlı şikayətlər tədricən azalır. Müraciətlər əsasən, iqtisadi və mülki işlərlə bağlıdır ki, bu da Azərbaycanın iqtisadi inkişaf tempinin artması ilə bağlıdır”.
Ali Məhkəmə sədri 2012-ci ildə isə məqsədin ədalət mühakiməsinin səmərəliyini artırmaqdan ibarət olacağını vurğulayıb: “Məhkəmələr insanların güvənc yeri olmalıdır. Hansı sahədə nöqsanlar varsa, onu müzakirə edib, aradan qaldırmağa çalışırıq”.

R. Rzayev Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı qərarların sayının azaldığını da deyib: “Azərbaycan baxılan işlərin sayına görə, ən aşağı yerlərdən birini tutur. Mən demirəm ki, biz hamıdan yaxşı işləyirik. Lakin getdikcə hər şey daha da yaxşılaşır və müəyyən nailiyyətlər var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR