Bank Of Baku

Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!

Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
# 16 sentyabr 2026 09:05 (UTC +04:00)

Ziraat Bank Azərbaycan müştərilərinin müxtəlif maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq məqsədilə istehlak kreditləri üzrə yeni “Payız kampaniyası” təqdim edir.

16 sentyabr – 30 noyabr tarixlərində qüvvədə olacaq kampaniya çərçivəsində müştərilər 50 000 AZN-dək istehlak krediti əldə edə biləcəklər. Kampaniyanın əsas üstünlüklərindən biri kreditlərin 0% rəsmiləşdirmə komissiyası ilə və sığortasız təqdim edilməsidir.


Bununla yanaşı, müştərilər əmək haqqının 12 mislinədək məbləğdə krediti zaminsiz rəsmiləşdirmək imkanından yararlana bilərlər.

Kampaniyanın əsas şərtləri:

  • Kredit faizi 10,9%-dən;
  • Kredit məbləği 50 000 AZN-dək;
  • Əmək haqqının 12 mislinədək zaminsiz maliyyələşmə;
  • 0% rəsmiləşdirmə komissiyası;
  • Sığortasız kredit imkanı.

Ziraat Bank Azərbaycan “Payız kampaniyası” ilə müştərilərinə yeni mövsümdə şəxsi plan və ehtiyaclarını daha əlverişli şərtlərlə həyata keçirmək üçün əlavə maliyyə imkanları təqdim edir.

“Ziraat Bank Azərbaycan” ASC 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.

Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətlər təqdim edən Ziraat Bank Azərbaycan Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı, Quba şəhərində fəaliyyət göstərən 1 şöbəsi, eləcə də rəqəmsal platformaları vasitəsilə müştərilərinə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Ziraat Bank Azərbaycanın Instagram, X, LinkedIn və YouTube sosial media hesablarından, həmçinin *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR