Bakıda qadın ərini öldürüb

 Bakıda qadın ərini öldürüb
# 15 avqust 2016 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qətl hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan Valentina Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.

Sabunçu rayon 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Filimonova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR