Şəmkir rayon sakini sirkə turşusundan zəhərlənib

Şəmkir rayon sakini sirkə turşusundan zəhərlənib
# 07 noyabr 2015 10:30 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1983-cü il təvəllüdlü Mehriban Məmmədova sirkə turşusu ilə zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir. M. Məmmədovanın hansı səbəbdən sirkə turşusu içməsi hələlik məlum deyil.


Faktla bağlı araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR