Malena Mard: “Avropa İttifaqı və Azərbaycan arasında uzun müddətli münasibətlər mövcuddur”

Malena Mard: “Avropa İttifaqı və Azərbaycan arasında uzun müddətli münasibətlər mövcuddur”
# 27 oktyabr 2015 08:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova – APA. “Azərbaycan və Avropa İttifaqının uzunmüddətli münasibətləri mövcuddur. Ümid edirik ki, bu, parlament seçkilərindən sonra da davam edəcək”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Malena Mard noyabrda Gürcüstana səfəri planlaşdırılan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin Azərbaycana gəlib-gəlməyəcəyi barədə suala şərh verməkdən imtina edib.

“Yalnız onu deyə bilərəm ki, Federika Moqerini ümumiyyətlə, bu regionla çox maraqlanır” - deyə səfir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR