Putin: Suriyada İŞİD üzərində qalibiyyət siyasi prosesə başlamaq üçün şərait yaradacaq

Putin: Suriyada İŞİD üzərində qalibiyyət siyasi prosesə başlamaq üçün şərait yaradacaq
# 23 oktyabr 2015 01:49 (UTC +04:00)

Bakı-APA. Suriya ərazisində silahlılar üzərində hərbi qalibiyyət bütün problemləri həll etməyəcək, lakin ölkədə siyasi proses üçün şərait yaradacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun XII toplantısında çıxışı zamanı bildirib.

“Şübhəsiz, silahlılar üzərində hərbi qalibiyyət bütün problemləri həll etməyəcək, lakin Suriya cəmiyyətinin bütün sağlam, vətənpərvər qüvvələrin iştirakı ilə siyasi prosesin başlanmasına şərait yaradacaq”, deyə Putin qeyd edib.

“Məhz suriyalılar özləri xaricdən təzyiq, ultimatum, şantaj və təhdid vasitəsilə deyil, beynəlxalq ictimaiyyətin dəstəyi ilə öz taleyini həll etməlidirlər”, deyə prezident əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR