Prezident İlham Əliyev: "Azərbaycanın dinlərarası münasibətlərdə oynadığı rol yüksək qiymətləndirilir”

Prezident İlham Əliyev: "Azərbaycanın dinlərarası münasibətlərdə oynadığı rol yüksək qiymətləndirilir”
# 17 fevral 2016 15:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Müstəqillik illərində Azərbaycanda yüzlərlə məscid tikilib, bütün dini abidələr yenidən qurulur və dövlət tərəfindən qorunur. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənir, cəmiyyətin inkişafı üçün bu münasibətlər böyük əhəmiyyət kəsb edir".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.

Azərbaycanın müsəlman aləmində həmrəyliyin əldə olunmasına çalışdığını deyən dövlət başçısı son illər dünyada baş verən hadisələrin təəssüf doğurduğunu deyib: “Əfsuslar olsun ki, müsəlman aləmində vəziyyət son vaxtlar o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavələr olunub. Bu bizi çox narahat edir. Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəmlənsin. Bu məqsədlə ölkəmizə müxtəlif tədbirlər keçirilib. İƏT-in, İSESCO-nun xətti ilə tədbir keçirilib. Bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Azərbaycanın dinlərarası münasibətlərdə oynadığı rol bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.

Dövlət başçısı ölkədə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını, son illər Bakıda keçirilən beynəlxalq forumların, tədbirlərin dünyada mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR