Astara sakini dərmandan zəhərlənib

Astara sakini dərmandan zəhərlənib
# 05 oktyabr 2016 10:10 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara sakini dərmandan zəhərlənib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdü Sadiq Əliağa oğlu Teymurov qəfildən özünü pis hiss edib. Yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş S. Teymurov müayinə olunduqdan sonra dərman zəhərlənməsi diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib.

Bununla belə vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR