Misirdə qəzaya uğrayan təyyarənin füzelyajına təkrar baxış zamanı uşaq meyiti və ölənlərin qalıqları aşkarlanıb

Misirdə qəzaya uğrayan təyyarənin füzelyajına təkrar baxış zamanı uşaq meyiti və ölənlərin qalıqları aşkarlanıb
# 04 noyabr 2015 19:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Sinaydakı əməliyyat qrupunu rəhbəri Aleksandr Aqafonov bildirib.

Aqafonovun sözlərinə görə, təyyarənin qeyd olunan fraqmenti bundan əvvəl xilasedicilər tərəfindən diqqətlə yoxlanılmayıb, çünki onunla qəzanın səbəblərini araşdıran misirli ekspertlər və Beynəlxalq Aviasiya Komitəsinin mütəxəssisləri məşğul olublar.

Aqafonov axtarış işlərinə pilotsuz təyyarələrin cəlb ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR